Tez tez verilən suallar

Niyə forex?

Foreks, Dünya Maliyyə Bazarlarında ticarətə həm yeni başlayan, həm də bu sahədə peşəkar iştirakçılar üçün münasib birjadır. Ənənəvi maliyyə bazarları ilə müqayisədə Foreks bir sıra üstünlüklərə malikdir. Xüsusilə də yüksək qazanc imkanı bu birjanın ən xarakterik xüsusiyyətidir. Zaman və məkan məhdudiyyətinin olmaması, 5 gün 24 saat əməliyyat imkanı, Foreksdə ticarət edən yatırımçılara böyük üstünlük yaradır.

Foreksi̇n hansı üstünlükləri̇ var?

Foreksə hər kəs qatıla bilər. Peşəsindən və ixtisasından asılı olmayaraq hər kəs bu birjada tam sərbəst ticarət edə bilər. Əsas olan qərarınızı qətiləşdirməyinizdir. İstər maliyyə bazarları üzrə mütəxəssis, istərsə də sadə vətəndaş olun, Foreksə Siz də sərbəst qatılaraq sərmayənizi effektiv idarə edə bilərsiniz.

Foreksdə nə qədər gəli̇r əldə edə bi̇lərəm?

Gəlirinizin həcmi, Sizin ticarət strategiyanızın effektivliyindən, valyuta kurslarının dəyişmə tendensiyasını doğru proqnoz etməyinizdən və əlbəttə ki, yatırım etdiyiniz vəsaitin həcmindən asılıdır.

Ti̇carətə başlamaq üçün mi̇ni̇mal yatirim məbləği̇ nə qədərdi̇r?

Ticarət Hesabı açmaq üçün minimum sərmayə həcmi 100 ABŞ dollarıdır. Hesaba əlavə sərmayə yatırımlarına isə heç bir minimal məbləğ məhdudiyyəti yoxdur.

Foreks bazarına necə qatılmaq olar?

Bunun üçün sadəcə internet şəbəkəsinə bağlı kompüter və ya ya ticarət platformasını dəstəkləyən mobil telefonunuzun olması kifayətdir. Foreksə ixtisasından və peşəsindən asılı olmayaraq hər bir şəxs olduqca sadə şəkildə qatılaraq müxtəlif maliyyə alətləri ilə sərbəst ticarət edə bilər.

Necə hesab aça bi̇lərəm?

Hesab açmaq üçün ofisimizə yaxınlaşa və ya +994772331111 nömrəsi ilə əlaqə saxlayaraq Real və ya Təlim hesabına sahib ola bilərsiniz.

Şirkətinizin ünvanı haradır?

Bakı şəhəri, Xətai r-nu, Xocalı prospekti, 37, Dəmirçi plaza 22-ci mərtəbə

Forex nədir?

Forex sözü “Foreign Exchange” sözlərinin qısaldılmasından yaranıb. Foreks valyutaların beynəlxalq alqı-satqı bazarıdır. Valyuta bazarlarında ticarətlə yanaşı, əmtəə bazarlarında qiymətli metallar, enerji, qida məhsulları, həmçinin, birja indeksləri və Fərq müqavilələri-CFD kimi alətlərdə də əməliyyat edə bilərsiniz.

Assist Finance vasitəsilə real səhm almaq mümkündürmü?

Bəli, Assist Finance ticarət platforması ilə siz həm "Real Səhm" həmdə "CFD Səhm" -lərlə ticarət edə bilərsiniz.

Niyə mən Azərbaycanda Assist Finance brokerinin xidmətlərini seçməliyəm?

Assist Finance komandası olaraq biz müştərilərimizə 7x24 xidmət göstəririk, istənilən zaman zəng edib maliyyə məsləhətləri ala bilərsiniz. Bizim ticarət platformamız Azərbaycanda yeganə, rahat, innovativ,sadə və ən müasir platformadır. Azərbaycanda özünüz yalnız bizim broker vasitəsilər istədiyiniz səhmləri live olaraq alıb-sata bilərsiniz.Azərbaycanda təkcə Assist Finance ticarət platforması şənbə-bazar ticarət üçün açıqdır. Siz şənbə-bazar kriptovalyutalar vasitəsilə non-stop olaraq ticarət edə bilərsiniz.

Sizinlə necə əlaqə saxlaya bilərəm?

Telefon : +994 12 310 34 20, Email: [email protected], Whatsapp/Zəng : +994772331111

Kredit çiyni nədir?

Kredit çiyni (leverage): ticarət əməliyyatını həcm ifadəsində mümkün həddədək artırılmasıdır. Kredit çiyni (kredit dəstəyi ) Foreks bazarında kiçik yatırımlarla daha böyük ticarət əməliyyatlarını icra etməyimizə şərait yaradır.

Vəsait depoziti/çıxarışı etdikdə komissiya xərci varmı?

Depozit etdikdə komissiya tutulmur. Çıxarış etdikdə isə yalnız Bank faizi tutulur.