Ümumi xəbərlər

Günlük bazar analizi-18-08-2023.

Günlük bazar analizi-18-08-2023.

EURUSD

Bu həftəki məlumatlar ABŞ iqtisadiyyatının davamlı olduğunu göstərdi və Cümə axşamı Federal Ehtiyatın iclas protokollarının daha çox faiz artımı üçün qapını açıq qoymasından sonra dollar indeksi iki ayın ən yüksək səviyyəsinə yaxınlaşdı. ABŞ Dollar indeksi iki ayın ən yüksək səviyyəsini 103,59-a vurduqdan sonra gün ərzində 0,097% artaraq 103,56 səviyyəsində olub. Gün ərzində Avropa Birliyindən istehlakçı qiymət indeksi açıqlanacaq və inflyasiyanın 5.3% olacağı proqnozlaşdırılır və bu da bir öncə açıqlanan səviyyədən 0.2% aşağıdır.

EURUSD üçün günlük dəstək və müqavimət xətləri.

GBPUSD

GBP/USD 0,1% artaraq 1,2738 səviyyəsinə yüksəldi, hələ də İngiltərə Bankının gələn ay faiz dərəcələrini artıracağı gözlənilir. İyul ayında inflyasiya 2022-ci ilin fevralından bəri ən aşağı illik göstəriciyə düşüb.Dollar yüksəlməsi funtu da təyziq altında qoyur və gün ərzində İgiltərədə pərakəndə satışlar üzrə göstəricilər açıqlancaq.

GBPUSD üçün günlük dəstək və müqavimət xətləri.

USDJPY

USD/JPY 146,31 səviyyəsinə enib, yen hazırda noyabr ayından bəri ən aşağı səviyyəyə yaxınlaşır, çünki Fed-in faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi fikri ABŞ-la Yaponiyanın ultra aşağı faiz mühiti faiz fərqlərini daha da gücləndirir. Əlavə olaraq, məlumatlar Yaponiyanın iyul ayında sürpriz bir ticarət kəsiri verdiyini, ölkənin xüsusilə Çinə ixracatının 2021-ci ildən bəri ilk dəfə azaldığını göstərdi və bu da öz növbəsində yenaya neqativ təsir etdi.

USDJPY üçün günlük dəstək və müqavimət xətləri.

EURJPY üçün günlük dəstək və müqavimət xətləri.

GBPJPY üçün günlük dəstək və müqavimət xətləri.

AUDUSD üçün günlük dəstək və müqavimət xətləri.

EURAUD üçün günlük dəstək və müqavimət xətləri.

Qızıl üçün günlük dəstək və müqavimət xətləri.

Brent markalı neft üçün günlük dəstək və müqavimət xətləri.

 

Açıqlama: Bu məqalədə müzakirə olunan fikirlər yalnız müəllifin fikridir və investisiya məsləhəti kimi qəbul edilməməlidir.