Ümumi xəbərlər

Günlük bazar analizi-17-08-2023.

Günlük bazar analizi-17-08-2023.

Assist Finance İnvestisiya Şirkəti günlük bazar analizi.   

EURUSD

Dünən EURUSD cütlüyü 1.0953 və 1.0898 rangini aşağı yöndə qırdı və 1.0872 səviyyəsinə qədər düşdü. Hazırda valyuta cütlüyü eniş trendi ilə davam edir. Gün ərzində ABŞ-da Bakı vaxtı ilə 16:30-da açıqlancaq işsizlik müavinəti müraciətlərinin sayı ilə bağlı məlumat Amerikada əmək bazarının dinamikası ilə bağlı vəziyyəti göstərəcək və bu da öz növbəsində bazarda volatilliyi artıra bilər və EURUSD cütlüyü bu xəbərin təsiri ilə düşüş trendini davam etdirə bilər. 

EURUSD üçün günlük dəstək və müqavimət xətləri.

GBPUSD

Dünən İngiltərədə açıqlanan İnflyasiya səviyyəsi və əlavə olaraq istehsalçı qiyməti indeksi ilə bağlı məlumatların gözləniləndən daha yaxşı açıqlanması funta müsbət təsir etdi və funt digər valyutalara qarşı gücləndi.GBPUSD valyuta cütlüyü dünən Avropa sessiyasının əvvəlində olan qalxışı Amerika sessiyasında aşağı yönlü korreksiya etdi. Gün ərzində ABŞ-dan açıqlanacaq işsizlik müavinəti müraciətlərinin sayı GBPUSD cütlüyünə təsir edən əsas faktor olacaq.   

GBPUSD üçün günlük dəstək və müqavimət xətləri.

USDJPY

Yen ABŞ və Yaponiyanın ultra aşağı faiz dərəcəsi mühiti arasında faiz dərəcələri fərqləri nəticəsində yenidən təzyiqə məruz qalaraq, noyabr ayından bəri ən aşağı səviyyə olan 146,565-ə qədər zəifləyib. Yapon valyutası, keçən cümə günü təxminən doqquz ay ərzində ilk dəfə olaraq əsas 145 dollar səviyyəsinə toxunduğundan, keçən ilin sentyabr və oktyabr aylarında Yaponiya səlahiyyətlilərinin müdaxiləsinə səbəb olan zonaya keçdiyi üçün yaxından izlənilir. Dollar/yenanın bu kəskin yüksəlişi,Yapon səlahiyyətlilərinin yenanı dəstəkləmək üçün yenidən valyuta bazarına müdaxilə etmək gözləntilərini artırıb.

USDJPY üçün günlük dəstək və müqavimət xətləri.

EURJPY üçün günlük dəstək və müqavimət xətləri.

GBPJPY üçün günlük dəstək və müqavimət xətləri.

AUDUSD üçün günlük dəstək və müqavimət xətləri.

EURAUD üçün günlük dəstək və müqavimət xətləri.

Qızıl üçün günlük dəstək və müqavimət xətləri.

Brent markalı neft üçün günlük dəstək və müqavimət xətləri.

 

Açıqlama: Bu məqalədə müzakirə olunan fikirlər yalnız müəllifin fikridir və investisiya məsləhəti kimi qəbul edilməməlidir.