Assist Finance İnvestisiya Şirkəti günlük bazar analizi.
EURUSD
Avqustun 15-ində EURUSD 1.0953 və 1.0898 aralığında ticarət olunub və Asiya sessiyasında da valyuta cütlüyü bu range—i qıra bilməyib. Gün ərzində Avropa Birliyində ÜDM açıqlanaq və rüblük əsasda 0.3% artım gözlənilir. Əlavə olaraq Avropa Birliyi üçün sənaye istehsalı göstəriciləri açıqlanacaq və illik əsasda sənaye istehsalının 4.2% azalacağı proqnoz edilir. Amerikandan Bakı vaxtı ilə 16:30-da açıqlancaq tikinti icazələri göstəricisi bazarda volatilliyi artıra bilər və EURUSD cütlüyü bu xəbərin təsiri ilə qeyd edilən range-i qıra bilər.
EURUSD üçün günlük dəstək və müqavimət xətləri.
GBPUSD
İngiltərədə açıqlanan İnflyasiya səviyyəsi illik əsasda 6.8% açıqlandı və bu da gözlənti ilə eyni oldu amma bir öncəki göstərici ilə müqayisədə inflyasiya səviyyəsi 1.1% aşağı düşüb. Əlavə olaraq istehsalçı qiyməti indeksi də -0.8% olaraq açıqlandı və gözlənilən 1.3%-dən az oldu. Funtla bağlı müsbət xəbərlərin açıqlanması funtun qiymətinə yuxarı yöndə təsir etdi və gün ərzində Amerikadan açıqlanacaq tikinti icazələri xəbərinin təsiri ilə GBPUSD cütlüyü keçən həftədən bəri davam edən range-i qıra bilər.
GBPUSD üçün günlük dəstək və müqavimət xətləri.
USDJPY
Çərşənbə günü Asiya valyutalarının əksəriyyəti ucuzlaşdı, çünki ABŞ-ın güclü iqtisadi göstəriciləri Federal Ehtiyatın faiz dərəcələrini artırmağa davam etmək üçün kifayət qədər yerə malik olması ilə bağlı narahatlıqları artırdı, eyni zamanda Çindəki zəif iqtisadi tendensiyalar da əhval-ruhiyyəni aşağı saldı.
Çərşənbə axşamı günü məlumatlar ABŞ-da pərakəndə satışların iyul ayında gözləniləndən daha çox artdığını, istehlakçı inflyasiyası üçün daha çox risklər təqdim etdiyini və potensial olaraq Fed-ə faiz dərəcələrini artırmağa davam etmək üçün daha çox imkan verdiyini göstərdi və bu da öz növbəsində USDJPY cütlüyünə neqativ təsir etdi.
USDJPY üçün günlük dəstək və müqavimət xətləri.
EURJPY üçün günlük dəstək və müqavimət xətləri.
GBPJPY üçün günlük dəstək və müqavimət xətləri.
AUDUSD üçün günlük dəstək və müqavimət xətləri.
Qızıl üçün günlük dəstək və müqavimət xətləri.
Brent markalı neft üçün günlük dəstək və müqavimət xətləri.
Açıqlama: Bu məqalədə müzakirə olunan fikirlər yalnız müəllifin fikridir və investisiya məsləhəti kimi qəbul edilməməlidir.