Forex kitabxanası

Kredit çiyni nədir?

Kredit çiyni (kredit dəstəyi) ticarət - vasitəçi şirkətlərin tətbiq etdiyi və FOREX əməliyyatlarında yatırım investisiyasından dəfələrlə artıq həcmdə ticarət əməliyyatlarının icrasına imkan yaradan sistemdir. Kredit çiyni (kredit dəstəyi ) FOREX bazarında kiçik yatırımlarla daha böyük ticarət əməliyyatlarını icra etməyimizə şərait yaradan bir vasitə olmaqla yanaşı, yüksək risk dərəcəsinə malik olması səbəbilə əməliyyatların icrası zamanı düzgün risk idarəsi strategiyamızı da inkişaf etdirməyimizi zəruri edir.

Lot nədir?

“Lot” hərfi mənada “bölüşdürmək, hissələrə ayırmaq” kimi mənaları ifadə edir. Forex bazarında isə 1 lot 100 000 vahidin bir yerdə toplanmasından əmələ gələn həcmdir. Forex bazarında investisiya etmək üçün müəyyənləşdirdiyiniz sifariş həcmi lot ilə ifadə olunur və sifarişiniz sistemə lotla ifadə olunmuş şəkildə daxil edilir. Bir sözlə, 1 lot valyuta cütlüklərində sol tərəfdəki valyutadan 100 000 ədədlik bir həcmi ifadə edir

SVOP (SWAP) NƏDİR?

Svopun hərfi mənada tərcüməsi “mübadilə, dəyişmək” mənalarını ifadə edir. Maliyyə bazarlarında isə SVOP: İki tərəfin məlum zaman kəsiyində bir varlıq yaxud da öhdəliyə əsasən müxtəlif faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq dəyişdirdikləri bir mübadilə anlaşmasıdır.

Forex əməliyyatlarında alınan pul borc verilir, satılan pul isə borclanılır. Svop qarşılığı ticarət olunan valyuta məzənnəsində mövqe vəziyyətinə əsasən aşağı və yüksək faiz əlaqələrinə görə hesablanır.

Pip/Point nədir?

Bilindiyi kimi Forex bazarı, bir çox maliyyə bazarlarına nisbətdə daha aşağı xərcli bir investisiya vasitəsidir. Hesab idarəetmə ödənişi, vasitəçilik ödənişi, əməliyyat komissiyası və s xərclər olmadan Forex bazarında investisiya həm çox asan, həm də çox sürətlidir.

Forex bazarında investisiya edərkən xərc baxımından tək nəzərə alınması lazım olan və əməliyyat xərclərini meydana gətirən anlayış “spred nisbəti”-dir. Spred nisbəti, investisiya edərkən valyuta məzənnəsi, əmtəə və ya İndeksin alış və satış qiyməti arasındakı fərqi ifadə edir. Spred nisbəti eyni zamanda “Pip” adı verilən vahid ilə qiymətləndirilir. Ümumilikdə 1 pip-lik dəyişiklik, dördüncü onminlikdəki dəyişimi ifadə edir. 5-ci rəqəmin dəyişməsi isə “point” adlanır.

Likvidlik nədir?

Bir qiymətli kağız dəyərini çox itirmədən nağdlaşdırıla bilirsə, həmin qiymətli kağızın likvid olduğu deyilir. Başqa sözlə, hər an nağdlaşdırıla biləcəyiniz və bu zaman tələbat azlığı ilə üzləşməyəcəyiniz, yəni asanlıqla alıcısı tapılan maliyyə aləti likviddir.

Asanlıqla pula çevrilə bilən bütün aktivlər likvid olaraq qəbul edilir. Mənbənin hüquqi və ya fiziki şəxslərə aid olması likvid olma xüsusiyyətinə mane olmaz. Misal üçün, hər hansı fiziki şəxsə aid ev, maşın kimi daşınmaz əmlaklar ya da bir şirkətə məxsus istiqraz və bu kimi digər qiymətli kağızlar likvid ola bilər. Həmçinin hüquqi şəxs olan şirkətlərdə likvidlik anlayışı fərqli bir şəkildə də hesablanmaqdadır. Bir müəssisənin bütün borcunu ödədikdən sonra əldə qalan nağd vəsaiti eyni zamanda şirkətin likvidlik vəziyyətini də müəyyənləşdirməkdədir. Bundan başqa müəssisənin satışa çıxaracağı aktivlərinin nağdlaşdırılması nə qədər asandırsa, aktivin o qədər likvid olduğunu deyə bilərik.

SPRED NƏDİR ?

Spred: Bir valyutanın alış qiyməti ilə satış qiyməti arasındakı fərqi ifadə edir. Foreks bazarında yatırım edən investor ticarət etdiyi valyuta cütünü eyni bir qiymətdən alıb, satmaz. Müvafiq valyuta cütü üçün bazarda alış və satış qiyməti vardır. Foreks əməliyyatlarında komissiya haqqı yoxdur. Sadəcə Spred adlanan əməliyyat xərci adlanır. İnvestorun ticarət edərkən ödədiyi alış və satış qiyməti arasındakı fərq olan əməliyyat xərcinə Spred deyilir.