ASSIST Finance İnvestisiya Şirkəti
SƏHMDARLARIN ÜMUMİ YIĞINCAĞININ ÇAĞIRILMASI BARƏDƏ BİLDİRİŞ
Səhmdarların nəzərinə!
24 Sentyabr 2025-ci il tarixində ASSIST Finance İnvestisiya Şirkəti-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın keçirilməsi şirkətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 (Dəmirçi Tauer Biznes Mərkəzinin 22-ci mərtəbəsi) ünvanında yerləşən inzibati ofisində, saat 12:00-da təyin edilmişdir.
Səhmdarlar, gündəliyə daxil edilmiş məsələlərlə tanış olmaq üçün şirkətin yuxarıda qeyd edilən inzibati ofisinə müraciət edə bilər.